Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AÇG ilə “Şahdəniz”dən bu vaxtadək çıxarılan və ixrac edilən neft-qaz həcmləri açıqlanıb

Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə indiyədək neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib.

Energetika Nazirliyindən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-ə kimi 534 milyon ton neft (kondensatla birlikdə), 290 milyard kubmetr təbii qaz hasil edilib.

Aprelin 1-dək AÇG-dən 505 milyon ton neft, 168,4 mmilyard kubmetr qaz çıxarılıb. “Şahdəniz” istismara veriləndən cari il aprelin 1-dək 121,5 milyard kubmetr qaz, 29 milyon ton kondensat hasil olunub.

Bu yataqlardan indiyə kimi 527 milyon ton neft (kondensatla birlikdə), 80,3 milyard kubmetr qaz isə ixraca göndərilib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2020 11:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə