Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək təbii qaz nəql olunub

Birinci rübdə TANAP ilə Türkiyəyə 941 milyon kubmetr təbii qaz göndərilib. İstismara veriləndən indiyə kimi isə TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək qaz nəql edilib.

Energetika Nazirliyindən bildirilib ki, hesabat dövründə Azərbaycanın xaricə qaz satışı 3,57 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Birinci rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23 faiz çox, yəni 2,6 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 milyon kubmetr olub.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2020 10:50 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə