Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üç ayda Azərbaycanda 9,3 milyon ton neft və 10 milyard kubmetr təbii qaz çıxarılıb

Cari ilin birinci rübündə respublika üzrə hasil edilmiş 9,3 milyon ton neftin (kondensatla birlikdə) 6,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı isə 1,9 milyon ton təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, rüb ərzində ixrac olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton olub. Neftin 7,3 milyon tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca göndərilib.

Yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artımla 10 milyard kubmetr təşkil edən qaz hasilatının 3,5 milyard kubmetri AÇG-dən, 4,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 milyard kubmetr qaz hasil olunub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2020 10:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə