Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi : Bu yollarda rənglənmə və təmir işləri aparılır

 “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi : Bu yollarda rənglənmə və təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. Bu barədə  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilir ki,  işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

6 2018 15:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə