Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşməkdə davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,71 dollar ucuzlaşaraq bir bareli 28,71 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftin qiyməti 4, 3 faiz azalaraq bir bareli 26,23 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin isə qiyməti dəyişməyərək 26 dollardan satılır.

Qeyd edək ki, aprelin 12-də OPEC+ ölkələrinin iclasında qərara alınıb ki, may-iyun aylarında hasilat sutkada 7,7 milyon barel, ilin ikinci yarısından 2022-ci ilədək 5,8 milyon barel azaldılacaq.

Ekspertlər bildiriblər ki, hasilat azaldıqdan sonra dünya bazarında “qara qızıl”ın qiyməti artacaq.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

15 2020 17:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə