Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: təhsil idarəsinin işçiləri aztəminatlı şagirdləri unutmurlar...

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən şəhərin bir neçə ümumitəhsil müəssisələrində təhsil alan aztəminatlı şagirdlərin ailələrinə ərzaq yardımı edilmişdir. Yardımların ünvanlara çatdırılması işində şəhər təhsil idarəsinin müdiri Zakir Hüseynovun özü də iştirak etmişdir. Zakir Hüseynov aztəminatlı ailələrin başçıları ilə söhbətində demişdir ki, bu aksiya şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü çərçivəsində həyata keçirilir. Məqsəd bu ağır günlərdə imkanı olmayan insanlara dəstək göstərməkdən ibarətdir. Cənab Prezidentimiz görün necə gözəl deyib: BİZ BİR YERDƏ GÜCLÜYÜK!

Adamlarla maarifləndirici söhbətlər də aparan təhsil idarəsinin rəhbəri sakinləri evdə qalmağa, özlərini qorumağa və beləliklə bu bəladan tezliklə xilas olmağa çağırmışdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2020 14:04 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə