Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Agentlik: Bu yolda təmir işləri aparılacaq

Agentlik: Bu yolda təmir işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində avtomobil qəzası baş vermiş,  bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.Bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız  vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilir ki, yolun iş gedən zolaqları həm Sumqayıt , həm də Bakı şəhəri istiqamətində  tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.

Agentlik xahiş edir ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etsinlər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

6 2018 14:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə