• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları  Şurasının məhdud tərkibdə görüşündə iştirak edib

Sentyabrın 28-də Tacikistan ­Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı. Qeyd etdi ki, ötən dövrdə ənənələrə uyğun olaraq, ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib. 
Tacikistan Prezidenti ölkəsinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verdi. Prezident Emoməli Rəhmon Tacikistanın şuraya sədrliyi dövründə müxtəlif sahələr üzrə 40 iclasın keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, ötən dövrdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini təşkil edib. “MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq müsbət nəticələr verib”, – deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğuladı. 
Emoməli Rəhmon iclası açıq elan etdi.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev şura iclasının gündəliyi barədə məlumat verdi.

AZƏRTAC 

29 2018 00:45 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA
20 Oktyabr 2018 | 02:02
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin