Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəriman Nərimanovun – 150

“İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” adlı Elektron məlumat bazasını istifadəçilərə virtual rejimdə təqdim etdi.

Ədəbiyyat  tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı Milli Kitabxanada müxtəlif tədbirlərin təşkili planlaşdırılıb. Hazırda kitabxananın əməkdaşları tərəfindən virtual rejimdə təqdim olunan “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” http://anl.az/el/emb/N.Nerimanov/index.html  adlı Elektron məlumat bazası istifadəçilər üçün olduqca böyük əhəmiyyət  kəsb edəcək. Elektron məlumat bazası geniş istifadəçi kütləsinin görkəmli ədibin yaradıcılığı ilə bağlı müxtəlif sənədlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacaq.Təqdim olunan bazada rəsmi sənədlər, görkəmli ədibin həyat və yaradıcılığı, müdrik fikirləri,əsərləri,haqqında yazılan kitab və məqalələr, ədibin xatirəsinin əbədiləşdirilməsi haqqında  sənədlər, filmoqrafiyası,fotoqalereya və videoqalereya yer almışdır. Elektron məlumat   bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Aprel 2020 10:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə