Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mədəniyyət” kanalında Qara Qarayev və Fikrət Əmirov həftəsi başlamışdır

“Mədəniyyət” kanalı ilə Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərşivəsində 13-19 aprel  Qara Qarayev və Fikrət Əmirov həftəsi elan edilmişdir.

Telehəftə çərçivəsində bəstəkarların müxtəlif janrda yazdığı əsərlər Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində olan sənət ocaqlarının nümayəndələrinin təqdimatında öz əksini tapacaq.

Belə ki, Akademik Opera və Balet Teatrı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Musiqili Teatr, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan musiqi məktəbləri, eyni zamanda regionlarda yerləşən musiqi məktəbləri də telehəftədə öz töhfələrini təqdim edəcəklər. Bununla yanaşı Azərbaycan Milli Konservatoriyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və bu universitetin nəzdində olan gimnaziya da öz tələbə və müəllim heyətinin çıxışları ilə layihədə iştirak edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 10:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə