Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156- cı maddəsini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Kons­titusiya Qanununun və “Azərbaycan Respubli­kasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respub­likası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. “Azərbaycan Respublikasının İnsan hü­quqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanu­nunda (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757; 2016, № 4, maddə 655; 2018, № 11, maddə 2184, № 12 (I kitab), maddə 2480) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci maddənin birinci cümləsində “və ya yenidən baxılmasına” sözləri “, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə” sözləri ilə əvəz edilsin;

1.2. 9.2-ci maddədə “göstərilmədikdə” sözü “və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda” sözləri ilə əvəz edilsin;

1.3. 9.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

1.4. 10.1-ci maddənin birinci abzasında “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

1.5. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1- ci və 13-1.5-ci maddələrin birinci cümlələrində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

1.6. 12.4-cü maddədə “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin;

1.7. 12.6-cı maddənin ikinci cümləsində “gün də uzadıla bilər” sözləri “günədək uzadılır” sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağı­dakı redaksiyada verilsin:

“Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxla­ma aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.”;

1.8. 13.2-ci maddənin birinci abzasında “keçirə bilər” sözləri “keçirir” sözü ilə əvəz edilsin;

1.9. 13.2.1-ci maddənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu­nun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809) 73.6-cı maddəsinə “layihəsi” sözündən sonra “müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il

13 2020 23:19 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə