Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həm məşğul əhalinin, həm də işləməyən vətəndaşların sosial müdafiəsi daha da möhkəmləndiriləcək

Bəşəriyyəti ciddi narahat edən koronavirus epidrmiyası hazırda dünya miqyasında sürətlə yayımaqdadır. Dünyanın əksər ölkələrində getdikcə daha sürətlə yayılan pandemiya can almaqda davam edir. Baş verən hadisələr də təsdiqləyir ki, koronavirus  pandemiyası sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Təəsüflə qeyd etməliyəm ki, bu qorxunc kabus  ölkəmizin də başı üzərində  dolaşmaqdadır. Bu virus  səbəbindən  dünyanın müxtəlif ölkələrində, həmçinin respublikamızda  həyatını itirənlər  də var. Ancaq digər ölkələrlə müqayisədə  respublikamızda bu toluxucu xəstəlikdən dünyasını dəyişənlərin sayı xeyli azdır. Bunun əsas səbəbi ölkə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, pandemiyanın acı fəsadlarının qarşısını vaxtında almaq üçün bütün imkanardan vaxtında istifadə edilməsidir.

Koronavirus pandemiyası hazırda qlobal təhlükəyə çevrilib. Məhz bu baxımdan da  bunun qarşısının alınması  qlobal cavab tələb edir. Bu virus baş qaldıran ilk günlərdən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatlar çaşqın vəziyyətə düşdü və  özünəqapanma yolunun seçilməsi və arxayınçılıq öz acı fəsadlarını göstərdi. Ölkəmizdə isə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldı. Yaranmış şəraitə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə  bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılması barədə qərar qəbul edildi. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Hazırda respublikamızda  xüsusi karantin rejimi tətbiq olunur və iki həftədən çoxdur  ki, ölkədə əksər iş yerlərinin fəaliyyəti dayandırılıb.  İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi sitiqamətində tədbirlər planı hazırlayıb və hazırda nəzərdə tutulan proqram uğurla həyata keçirilir.

Dövlət başçısının  təşəbbüsü ilə ölkəmizdə  Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır.

Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün  dövlət başçısınn tapşırığı ilə 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. Buna qədər isə pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üşün dövlət başçısının sərəncamı ilə bir milyarddan artıq vəsait ayrılmışdı. Bütün bunlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, iş yerləri müvəqqəti dayandırılmış müəssisələrdə çalışanların, həmçinin işsizlərin rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə dövlətimizin başçısı bu barədə daha geniş məlumat verdi. Qeyd etdi ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib. Həmin tədbirdə də diqqətə şatdırıldı ki, koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir.

Dövlət öz vətəndaşlarını heç vaxt darda qoymyıb. Biz indiyədək  bir neçə dəfə buna oxşar hadisələrin şahidi olmuşuq.  Bu vaxta qədər ölkəmizdə baş verən təbii fəlakətlər - zəlzələlər və  daşqınlar zamanı dövlət başçısı dərhal hadisə yerinə gedib, zərər çəkmiş əhali ilə görüşüb, onlara dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirib və verdiyi vədi layiqincə yerinə yetirib. Koronavirus pandemiyasının vurduğu ziyan zamanı da bunun şahidi olduq. Nazirlər Kabineti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən, qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılması nəzərdə tutulub. Qeydiyyata düşmüş işsizlər üçün  artıq birdəfəlik  190 manat ödənilməsinə başlanılıb. Bu vaxta qədər 55 min işsiz bu imkandan yararlanıb. Nazirlər Kabinetinin Tədbirlər Planında daha sonra nəzərdə tutulub ki, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Bu istiqamətdə digər imtiyazlar da nəzərdə tutulub.

Bu tədbirlərin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Bunlarla yanaşı, sosial təcrid tədbirləri nəticəsində, əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Mən işsizlər üçün 190 manat birdəfəlik müavinət ödənilməsi məsələsindən bir qədər ətraflı söhbət açmaq istərdim. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yer yaradılıb. Bundan əlavə qeydiyyatdan keçən işsiz vətəndaşlara, onların  ailə üzvlərinə yaşayış minimumu məbləği, yəni 190 manat ödənilməsi nəzərdə tutulub. Bu dəstək planı yaranmış vəziyyətdə əhaliyə maddi dəstəyin təmin edilməsində mümüh rol oynayacaq. Hökumətin qəbul etdiyi dəstək planında nəzərdə tutulur ki, Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə bu ilin aprel-may aylarında yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb. Bununla yanaşı, tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi və mikro sahibkara iş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılıb.

Bu tədbir işsiz və pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Artıq özünməşğulluq proqramın icrasına başlanılıb. 3 minə yaxın insan təlimlərdən keçərək layihəyə cəlb edilib. Bu il ən azı 11 min insanı özünməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq.

Aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Həmin iş yerləri üçün ayda 300 manat olmaqla əmək haqqı nəzərdə tutulub. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərimiz və rayonlarımız üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq.

Göründüyü kimi, dövlət hər zaman öz vətəndaşının yanındadır. Hazırda iişsizlər üçün ayrılan vəsait bu sahədə yaranmış problemin həllinə kömək edə biləcəyinə əminlik yaradıb. Bütün bunlara baxmayaraq, bəzi qaragüruhçular müxtəlif şayiə və yalanlarla dövlətin həyata keçirdiyi tədbirlərə, o cümlədən  görülən işlrə kölgə salmağa çalışırlar. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı belə əsassız hücumların, yersiz  tənqidlərin daha çox şahidi oluruq. Belə əqidə sahibləri sanki unudurlar ki, bu nazirlik verilən tapşırıqları icra edir, Özü də çox layiqinc yerinə yetirir və bundan sonra da belə davam edəcək. Belə əqidə sahibləri hələ də dərk etmirlər ki, işsizlərə müəyyən olunmuş 190 manat yaşayış minimumu məbləğidir. Təbii ki, insanlar arasında çaşqınlıq yaratmaq istəyənlər öz istəklərinə, xəbis niyyətlrinə nail ola bilməyəcəklər. Belə iftira və böhtanlar iqtidar-xalq birliyinə təsir edə bilməz. Çünki xalq öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşir. 

Mehdi ABDULLAYEV,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, hüquq elmləri doktoru



 

13 2020 10:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə