Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər sahili zonasında reydlər davam etdirilir

Xəzər sahili zonasında reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında birgə reydlər davam etdirilir.

Reyd zamanı Sumqayıt şəhəri Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar edilib.

Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC isə hüquqi şəxs qismində  məsuliyyətə cəlb edilməsi üçün tərtib olunmuş sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,   reydlər  davam etdirilir.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

 

 

27 2018 17:38 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə