Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 129       Bakı şəhəri, 7 aprel 2020-ci il
 
Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində  dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi ­haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,   yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş  işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu  Qərardan irəli gələn  məsələləri həll etsin.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə