Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC cəmiyyətin ərazisində yerləşən “KTP” yarımstansiyasında təmir işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https:/www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar 150 manat məbləğdə vəsaiti göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün tələb olunan sənədləri və təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender prosedurunda bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti və malların qrafikə uyğun (işlərin və xidmətlərin) təhvil verilməsi. 
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Elmar Əliyev , telefon - 012 492-87-95 .
Ünvan- Bakı şəhəri , M.Hüseyn küçəsi 1.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: 
Alan bank- Dövlət Xəzinədarlığı Agentliyi, 1 saylı Xəzinə İdarəsi
 VÖEN- 1401555071 
Kod- 210005 
M/h-AZ41NABZ01360100000000003944 
SWİFT-CTREAZ22
Alan təşkilat- “ AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QSC
VÖEN-9900062371
Hh-AZ33CTRE00000000000004048501
Büdcə təsnifatının kodu- 142340
Büdcə səviyyəsinin kodu-7
Fond -7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1 faizi məbləğində bank zəmanəti istisna olmaqla) dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-iddiaçıların tender təklifi (təklif zərfləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifi təminatının bank zəmanəti ( tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir;
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat, İşlərini həyata keçirməyə icazə verən lisenziya (tələb olunduqda);
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-qeydiyyatdan keçdiyi ölkə, nizamnaməsi, rekvizitlər və hüquqi ünvan;
- iddiaçıların uyğunluq sertifikatları, iddiaçının tam adı, hüquqi statusu və maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti və keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
Malgöndərənlər (podratçılar) 1 və 3-cü bəndlərdə qeyd olunan sənədləri 1 may 2020- ci il saat 18.00-a qədər (tender təklifi və təklifin 1 faiz bank zəmanəti istisna olmaqla) dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 13 may 2020- ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14 may 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

 

Tender komissiyası

10 2020 00:22 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 May 2020 | 10:28
B İ L D İ R İ Ş
23 May 2020 | 10:27
B İ L D İ R İ Ş
23 May 2020 | 10:25
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə