Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsi elan edilib

 “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasına biri də əlavə olunub. Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edib.

Vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarət müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə rəhbərlik edəcək. Beş nəfərdən ibarət münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək.
Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçməlidirlər. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.
Müsabiqə ilə bağlı ətraflı məlumatı [email protected] elektron ünvanından əldə etmək olar.
Qaliblər barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaq.
Müsabiqədə Qran-priyə layiq görüləcək bəstənin müəllifinə 2 min manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1500, 1250 və 1000 manat məbləğində pul mükafatı veriləcək.
Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

10 2020 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə