Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə karantin rejiminə ciddi əməl olunur

Koronavirus COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar Mingəçevirdə də bir sıra tədbirlər görülür.

Şəhərdə olan park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb. İnsanların küçələrə çıxmasına məhdudiyyətlər tətbiq olunur. Şəhər sakinləri, demək olar ki, hamılıqla qayda və tövsiyələrə əməl edirlər. Vətəndaşlar xüsusi icazələr əsasında yalnız zəruri hallarda evdən çıxır, tələbatlarına uyğun məsələləri həll edirlər. Karantin tədbirlərinə uyğun olaraq yaşı 65-dən yuxarı olan şəhər sakinləri küçələrə çıxmır, ev şəraitində qalmağa üstünlük verirlər. Kafe, restoran, çayxanalar və digər iaişə obyektləri müvafiq göstərişlərə uyğun onlayn vasitəsilə fəaliyyətlərini qurublar.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları şəhərdə maarifləndirmə tədbirləri görür, insanların evdə qalmağının vacibliyini bildirirlər. Küçə və məhəllələrinin, parkların, yaşayış binalarının qarşısının və blokların dezinfeksiya olunmasına nəzarət edirlər.
Mərkəzi xəstəxananın həkimləri və tibb heyəti bu karantin dövründə işinə daha ciddi yanaşır.  Bütün bunlarla yanaşı, şəhərdə abadlıq-quruculuq işləri davam edir. Bu günlərdə Nəsimi və Puşkin küçələrinin yolları genişləndirilərək asfaltlanmış, səkilər qaydaya salınmış, bordürlər qoyulmuşdur.   
Şəhər polis şöbəsinin əməkdaşları vəziyyətə tam nəzarət edir, eyni zamanda məlum vəziyyətlə bağlı səsgücləndiricilər vasitəsilə əhalini maarifləndirirlər. Polis əməkdaşları küçələrdə gəzən şəxslərin karantin qaydalarına əməl etmələrini aydınlaşdırmaq məqsədilə onların sənədlərini yoxlayır, lazımi tövsiyələrini verirlər.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2020 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə