Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb Koalisiyası Yəməndə ikihəftəlik atəşkəs elan edib

“Al–Arabian”ın yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının qoşunları Yəməndə qiyamçılarla döyüşlərdə ikihəftəlik atəşkəs elan ediblər.

SPA informasiya agentliyinin məlumatında isə bildirilir ki, koalisiyanın mətbuat katibi Turki Əl-Maliki “Yəmənin qanuni hökumətini dəstəkləyən” silahlı kontingentin bu addımı BMT Baş katibinin çağırışına uyğun olaraq, dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində atdığını bəyan edib. O əlavə edib ki, müvəqqəti atəşkəs rejimi münaqişə tərəfləri arasında gələcəkdə davamlı sülhə nail olmaq istiqamətində danışıqlar aparmağa da imkan verəcək.
Yeri gəlmişkən, BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits bu qərarı humanitar və iqtisadi baxımdan mühüm addım kimi dəyərləndirib. O deyib: “Mən Səudiyyə Ərəbistanı Krallığına və koalisiyaya Yəmən üçün ağır günlərdə atəşkəs elan etdiklərinə görə minnətdaram. İndi tərəflər möhkəm və davamlı sülhə nail olmaq, düşmənçiliyə son qoymaq üçün təcili danışıqlara başlaya bilərlər”.
Qeyd edək ki, atəşkəs rejimi aprelin 8-dən qüvvəyə minib. BMT-nin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında danışıqların aparılacağı gözlənilir. Hətta Səudiyyə Ərəbistanı Yəməndə humanitar fəlakətin qarşısını almaq üçün 500 milyon dollar, koronavirus pandemiyasına qarşı mübarizəyə isə 25 milyon dollar ayıracağını bəyan edib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

10 2020 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə