Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

OPEC+ ölkələrinin görüşü vaxtı dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 5,28 faiz artaraq bir bareli 36,24 dollar olub. 

Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan  ABŞ-ın “WTI” markalı neftinin qiyməti 8,7 faiz artaraq bir bareli  28,36 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 26 dollardan satılır.
Artıq Rusiya, ABŞ , Səudiyyə Ərəbistanı hasilatı azaltmaq barədə qərar qəbul ediblər. Ekspertlər bildiriblər ki, əgər hasilat azalarsa ,onda dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

10 2020 01:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə