Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Boeing 737 MAX” laynerlərində yeni problemlər aşkarlanıb

Birləşmiş Ştatların “Boeing” aviaşirkətinin istehalı olan “Boeing 737 MAX” sərnişin laynerlərinin proqram təminatında iki yeni problem aşkarlanıb. Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, nasazlıqlar uçuş idarəetməsi sisteminə aiddir və təyyarələrin 2020-ci ilin ortalarına qədər istifadəyə qaytarılması vaxtına təsir etməyəcək.
Qeyd edək ki, 2018-ci ildə isə İndoneziyada və 2019-cu ildə Efiopiyada baş verən iki təyyarə qəzasından sonra bütün dünyada “Boeing 737-MAX” təyyarələrinin uçuşları dayandırılıb. 
Belə ki, 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi paytaxtdan 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 
2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması 181 sərnişin və 8 ekipaj üzvünün ölümü ilə nəticələnmişdi.
Bildirilir ki, aşkar edilən yeni problemlərdən biri mikroprosessorun müvafiq komanda olmadan təyyarəni hündürlük yığmağa və ya itirməyə məcbur edən “hipotetik səhvi” ilə bağlıdır. Hər iki qəza zamanı təhlükəsizlik sistemi təyyarələrin avtomatik hündürlük itirməsinə gətirib çıxarıb.
Məlumata görə, digər nasazlıq isə təyyarənin enişə hazırlığı əsnasında avtopilot rejiminin söndürülməsinə səbəb ola bilər. Yeni problemlərin heç biri uçuş zamanı müşahidə edilməyib, lakin proqram təminatına edilən düzəlişlər onların yaranmasının qarşısını almağa imkan verəcək.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

10 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə