Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boşanmalar qadağan edilib

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Dubayda evlənmə və boşanma prosesləri ikinci əmrədək qadağan olunub. 
Mənbənin verdiyi xəbərdə bildirilir ki, qərarın koronavirus pandemiyasına qarşı görülən qabaqlayıcı tədbirlər çərçivəsində verildiyi açıqlanıb.
Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyinin veb-saytında ailələrarası da olsa, toy məclislərin təşkil edilməməsi istənilib.
Qeyd edək ki, BƏƏ-də qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 2700-ə yaxınlaşır. Ölkədə indiyədək 12 nəfər pandemiyanın ­qurbanı olub.  

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

10 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə