Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Airbus” istehsalı azaldır

“Airbus”  aviaşirkəti koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşların məhdudlaşdırılması fonunda təyyarə istehsalını 30 faiz azaltmaq niyyətindədir. Şirkət dar füzelyajlı “Airbus A320” təyyarələrin istehsalını ayda 60-dan 40 ədədə, geniş füzelyajlı “Airbus A350” təyyarələrinin istehsalını isə ayda 10 ədəddən 6-ya qədər azaldacaq. Həmçinin ayda cəmi iki ədəd A330 layneri istehsal ediləcək. Halbuki əvvəlcə hər il bu növ 40 təyyarənin istehsalı planlaşdırılmışdı.
“Airbus” kompaniyasının baş icraçı direktoru Giyom Fori istehsalın azaldılması qərarının tələblə bağlı vəziyyəti əks etdirdiyini və şirkətin lazımi pul vəsaitini qorumaq üçün tədbirlər görəcəyini bildirib.
Xəbəri “İnterfax” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

10 2020 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə