Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydın Mirzəzadə: Prezidentin humanist siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə edir

Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə  176 nəfərin həbsdən azad olunması barədə dövlət başçısının sərəncamına münasibət bildirərkən ilk olaraq söyləyib: “ Prezident İlham Əliyevin son əfv sərəncamı Yeni Azərbaycan Partiyası tərəfindən çox yüksək qiymətləndirilir”. Deputat bu dəfəki sərəncamın əvvəlki bağışlama aktlarından səciyyəvi fərqini vurğulayaraq bildirib:

- İndiki əfvetmə sərəncamı özündən əvvəlkilərdən mövcud şəraitin və məhkumların yaş həddinin həssaslıqla nəzərə alınması ilə fərqlənir. Məsələ burasındadır ki, Prezident cinayəti deyil, yaşlı məhkumu əfv edib. Bu əfv sərəncamı məhz yaşı 65-dən yuxarı olan və müxtəlif maddələrə görə cəza alan şəxslərə şamil edilib. Siyahıda 10 nəfər qadın, 2 nəfər ömürlük cəza alan şəxs, hətta 87 yaşlı insan da var. Bu, onu göstərir ki, ölkə rəhbəri indiki çətin şəraitdə yaşlı məhkumların da koronavirusdan qorunması və ailələrinin yanında olması üçün belə humanist bir qərar verib.

Göründüyü kimi, Prezidentin humanist siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bundan əvvəl də cəzasının bitməsinə az qalmış bir qrup şəxs həbsdən azad edilmişdi. Bu addım insanlığın və humanizmin yüksək nümayişidir.

Əfv sərəncamı ilə azadlığa çıxanların arasında iki nəfər keçmiş MTN generalının olmasına bəzilərinin birmənalı yanaşmaması ilə bağlı Aydın Mirzəzadə qeyd edib ki, indiki sərəncamda başlıca prinsip məhkumların şəxsiyyəti və ya törətdiyi cinayətin xarakteri deyil, onların yaşlı olmalarıdır: “Burada bir kriteriya əsas götürülüb-- yaşı 65-dən yuxarı olan məhkumlar əfvə daxil edilib. Onların içərisində müxtəlif cinayətlərə görə cəza alanlar var. Əsas prinsip yaş məsələsidir”.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

9 2020 17:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə