Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun “qara" statistikası

Son sutkada dünyada koronavirusa yoluxanların sayı 84 min 384, ölənlərin sayı isə 6 min 414 nəfər olub.

Ümumdünya Səhiyyə Təşkilatının cari statistikasına görə, indiyədək dünyada COVİD-19 yoluxması qeydə alınanların sayı 1 milyon 517 min 960, virus qurbanlarının sayı isə 88 min 455 nəfərə çatıb. Sağalanların sayı isə 330 min 266 nəfər olub. 

Ötən gün  ən çox koronavirus  xəstəsi aşkarlanan ölkələr ABŞ (31 min 935), İspaniya (6 min 278), Almaniya (5 min 633), Böyük Britaniya (5 min 491), Türkiyə (4 min 117), Fransa (3 min 881) və İtaliya (3 min 836) olub. Ən çox ölüm ABŞ-da (1 min 940), Böyük Britaniyada (938), İspaniyada (747), İtaliyada (542), Fransada (541), Almaniyada (333) və Belçikada (205) baş verib.

R.TAHİR,
“Xalq qəzeti”

9 2020 17:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə