Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada koronavirusla bağlı durum sabitləşir

İtaliyada koronavirusla bağlı durum sabitləşməyə doğru gedir. Xarici medianın bu barədə yaydığı xəbərdə bildirilir ki, Apenin ölkəsində son sutka ərzində koronavirusdan rekord sağalma qeydə alınıb.

Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrellinin verdiyi məlumata görə, son bir gündə 2099 nəfər Covid-19-dan sağalıb. Bu isə son 10 gün ərzində 50 faiz artım deməkdir. Ümumilikdə, indiyədək  26 min 491 nəfər bəlalı yoluxmadan sağalıb.

İtaliyada hazırda 139 min 422 nəfər koronavirus xəstəsidir. 17 min 699 nəfər isə dünyasını dəyişib.

R.TAHİR,
“Xalq qəzeti”

9 2020 17:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə