Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırır

Başda Səudiyyə Ərəbistanı olmaqla Ərəb koalisiyası Yəməndəki üsyançı hüsilərə qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırır.

“Əl-Ərəbiyyə” telekanalının  məlumatına görə, Ərəb koalisiyasının nümayəndəsi polkovnik Turki əl-Maliki bildirib ki, Yəməndəki üsyançı hüsilərlə atəşkəs rejimi aprelin 9-da günorta saatlarında  əldə edilib. Buna səbəb Yəməndə “COVİD-19” virusunun yayılmasıdır.

Turki əl-Malikinin sözlərinə görə, hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması   BMT-nin xüsusi nümayəndəsi Martin Qriffitsin Yəmən hökuməti, Ərəb koalisiyası və üsyançı hüsilərin nümayəndələri ilə görüşünə və danışıqlar aparması üçündür.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 2020 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə