Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

OPEC+ ölkələrinin görüşü vaxtı dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 5,28 faiz artaraq bir bareli 33,89 dollar olub. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan  ABŞ-ın “WTI” markalı neftinin qiyməti 8,7 faiz artaraq bir bareli  25,9 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 26 dollardan satılır.

Artıq Rusiya,ABŞ , Səudiyyə Ərəbistanı hasilatı azaltmaq barədə qərar qəbul ediblər. Ekspertlər bildiriblər ki, əgər hasilat azalarsa ,onda dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 2020 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə