Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir”

Bunu Əməkdar artist Elçin Həşimov  deyib. O,  bildirib ki, bu gün dünyamızda baş verən koronavirus epidemiyası Azərbaycandan yan keçə bilməzdi. Bu baxımdan biz maksimum dərəcədə qanunlara riayət etməliyik. Düşünürəm ki, bu gün hamımız bir yerdə olmalıyıq və xüsusi karantin rejimi qaydalarına riayət etməliyik. Zərurət yaranmadığı təqdirdə evdə qalmalıyıq. Evdə qalarkən musiqilərə qulaq asa, çoxdan yığılıb qalan işlərimizlə məşğul ola bilərik.

Əməkdar artist qeyd edib ki, qanunlara riayət etsək, biz özümüzün, doğmalarımızın, xalqımızın bu bəladan tezliklə xilas olması üçün fərd olaraq kömək etmiş olarıq. Biz birlikdə güclüyük.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2020 14:24 -

Köhnə versiyamızdan xəbərləri izlə