Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiseptiklərdən düzgün istifadə etmək vacibdir

Koronavirus bəlasına yoluxmamaq üçün antiseptik vasitələrdən son günlər daha tez-tez istifadə edirik. Artıq insanlar əllərinin qurumasından, hətta bəzən dəridə çatların olmasından şikayətlənirlər. Əlləri düzgün yumaq və əl üçün antiseptiklər istifadə etmək lazımdır. Tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA bununla bağlı öz fikirlərini bölüşür:

Evdə olanda əlinizi adi maye sabunla yumaq kifayətdir, əlləri yuduqdan sonra isə dəri üşün qoruyucu kremlər istifadə etmək olar. Bəzən tez- tez 95 faizli etil spirtilə əlləri dezinfeksiya edirlər. Bu zaman dərinin normal funksiyası pozulur, çatlar yaranır, dəri quruyur, ekzema və digər dəri xəstəliyi əmələ gəlir. Bəzi insanlar psixoloji qorxu hissindən əlləri təmiz olduğu halda yenə də tez - tez əl yumaq vərdişinə keçirlər, yersiz əllərinə spirt vururlar. Təmiz əlləri tez -tez dezinfeksiya etmək düzgün deyil. Spirtdən az hallarda, əl yumaq mümkün olmayanda – nəqliyyatda, liftdə, marketdə və s. yerlərdə əlinizlə harasa toxunanda istifadə edin. Başqa hallarda əl üçün xüsusi antiseptiklər məsləhətdir.

“Dünyadakı koronavirus pandemiyası əllərdə ekzemanın yaranmasına səbəb olub: əllərin normadan artıq tez tez yuyulmasının, antiseptiklərdən çox istifadənin təsirləri qeyd olunub”.– Bunu Nyu York Tibb Kompleksindəki Dağ Sinay Xəstəxanasının Dermatologiya şöbəsinin mütəxəssisləri deyirlər. Çində COVID-19-un yayılmasından bir neçə həftə sonra, dünyanın hər yerindən olan dermatoloqlar, viral bir xəstəliyə qarşı dezinfeksiya nəticəsində əllərin dərisinin quruluması, qaşınma, qızartı və soyma ilə əlaqədar kütləvi şikayətlər almağa başlayıblar.  Səhiyyə orqanları insanları əllərini daha tez-tez (ən azı 20 saniyə) yumağa, həmçinin antiseptiklərdən istifadə etməyə çağırır, amma onlar bu yumanın "neçə dəfə" olduğunu göstərməli və "ağlabatan hədlər" barədə xəbərdarlıq etməlidirlər. 

"Həddindən artıq yuyulma və antiseptiklər dərisi çox quru olanlarda ekzemanın inkişafına səbəb olar. Bu, koronavirusun yaratdığı dezinfeksiya (sabun da daxil olmaqla) dərini sebum kimi tanınan sağlam yağlar və yağlardan məhrum etməsi ilə əlaqədardır. Öz növbəsində sebum, əlləri kosmetik qüsurlardan qoruyan dəri lipid maneəsinin əsas tərkib hissəsidir. 

Nyu Yorkdakı The Mount Sinai Xəstəxanasında kosmetik və klinik tədqiqatlar direktoru Joshua Zeichner hesab edir ki, əsəbi və bəzən paranoid, əlləri COVID-19-dan mümkün qədər yuyub dezinfeksiya etmək istəyi insan orqanizminə xəstəlikdən çox zərər verə bilər. Dezinfeksiya üçün, bütün infeksiyalara qarşı necə qorunmaq lazım olduğunu izah etmək lazımdır. Əl dərisinə qulluq üçün kosmetik vasitələrdən – serumlar, losyonlar, kremlər və maska əlcəklərindən istifadə etmək lazımdır.

Antiseptiklər sağlamlığa necə zərər verə bilər? Antiseptikin tez-tez istifadəsi xilas yolu deyil, əksinə xəstəliyə təkan verə bilər və ya yan təsirlərə səbəb olar. Əl dərisində qıcıqlanma, əllərin dərisinin zədələnməsi, mikro çatların meydana çıxması və s. hallar ola bilər. Antiseptik sprey ilə nəfəs aldıqda, burun və boğazın selikli qişasına zərər gələr. Burun və ya boğazın selikli qişaları üçün nəzərdə tutulmayan maddələr asanlıqla qoruyucu maneəni zədələyə bilər. Bu zaman orqanizm müxtəlif virus və bakteriyalara qarşı həssas olur və həyat qurtaran bir antiseptik allergiyaya səbəb ola bilər.

Buna görə də əlləri 20 saniyə ərzində yumaq və ya bir fəaliyyətdən digərinə keçərkən dezinfeksiya etmək daha məsləhətdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2020 14:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə