Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

Avropa İttifaqı koronavirus infeksiyasının Avropadan xaricdə yayılmasına qarşı mübarizə üçün 20 milyard avrodan çox pul ayıracaq.
Bu barədə Aİ-nın xarici siyasət xidməti xəbər verib. Bildirilir ki, Aİ-nın, Avropa İnvestisiya, Avropa Yenidənqurma və İnkişaf Banklarının, maliyyə institutlarının resurlarını birləşdirəcək "Team Europe" proqramının tətbiqi planlaşdırılır.
Vəsaitləri Afrika, Qərbi Balkan, Şərq Tərəfdaşlığı, həmçinin Yaxın Şərq və Şimali Afrika, Asiya və Latın Amerikası ölkələrinə veriləcək.

9 2020 14:15 -

Köhnə versiyamızdan xəbərləri izlə