Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb

Xaircə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı və Avropada oturan Qənimət Zahid iddia edirlər ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs, ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında bildirib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: “Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və özləri sevinsinlər. Deyir, “ilana ağı verən kərtənkələdir. Bunlara da ağı verən Əli Kərimlidir. Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz belələrini ifşa etməliyik. Onlar xalqa, dövlətçiliyə qarşı müxalifətdir”.

9 2020 14:00 -

Köhnə versiyamızdan xəbərləri izlə