Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanları sevindirmək mənəvi rahatlıqdır

Yardımlaşma bizim millətin genindədir. Bir çörəyi olan onu qonşusu ilə bölməyə çalışıb həmişə. Ağır gündə insanlarımız tarixən bir-birinə dayaq olublar. Bu ənənəni unutmayan vətəndaşlarımız  bu ağır günlərdə, koronavirus pandemiyası dövründə bəzi işlərin dayanması ilə əlaqədar insanların evə qazanc apara bilməməsi ucbatından onların maddi cəhətdən çətinlik çəkməsinə biganə qalmayıblar. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib. Şuranın bu çağırışına səs verərək kampaniyaya  qoşularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbərliyi, başda təşkilatın sədri Arzu Bağırova olmaqla, dünyada yayılmış və ölkəmizi də əhatə edən koronavirus pandemiyası ilə əlaqədar 20 tənha, yaşlı, eyni nzamanda, aztəminatlı şəxsin zəruri ərzaq və dərmanla təminatını öz üzərinə götürüb.

Bildiyimiz kimi, bu gün dünya koronavirus pandemiyası kimi təhlükəli və çətin sınaq qarşısındadır. Bu gün dövlətimiz cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bu pandemiyaya qarşı mübarizə aparılması, ondan insanlarımızın minimal zərərlə xilas edilməsi istiqamətində zəruri tədbirlər görür. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!”-- deyə xalqa çağırış etməsi və Mehriban xanım Əliyevanın xalqa müraciəti insanları səfərbər edib. Bu müraciətlərdə qeyd edildiyi kimi yaşlı insanlar əhalinin həssas risk qrupuna daxildir. Odur ki, onlar yaxşı olardı ki, evdə qalsınlar. Evdə qaldıqları müddətdə onlar üçün ərzaq və dərmanlarının alınmasında problem yaranır. Onlar arasında elə ailələr var ki, onların maddi vəziyyətləri çox çətindir. Maddi vəziyyətləri çətin olan yaşlı tənha şəxslərin koronavirus pandemiyası dövründə ərzaq və dərman təminatını təşkilat öz üzərinə götürür. Ona görə də bu qəbildən olan ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edilib. Yardım etmək arzusunda olan digər imkanlı şəxslər belə ailələrlə bağlı zəruri məlumatları (ailələrin ünvanları, telefon nömrələri və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, yaşadıqları rayonun icra , bələdiyyə qurumlarından əldə edə bilərlər.

QHT sədri Arzu Bağırova da məhz ƏƏSMN ilə əməkdaşlıq edərək və ictimai birliyin xətti ilə imkansız ailələrə yardım etməklə onları davamlı olaraq sevindirir. Deyir ki, bu dünyada mənim üçün insanları sevindirmək digər mənəvi dəyərlər kimi çox qiymətlidir. Arzu edərdik ki, digər imkanlı insanlar -- iş adamları, şirkət sahibləri müvafiq icra strukturlarından əhalinin azimkanlı təbəqəsinin siyahısı ilə maraqlansınlar və onlara maddi-mənəvi dayaq dursunlar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə