Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzlu iş adamları yardımlaşma kampaniyasına qoşuldular

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və bir sıra tovuzlu ziyalılar Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı işlərinə ara verilən, maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndəriblər.

Bu barədə deputatın köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, hazırda ailələrə göstərilən yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir. O, yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib. İ.Kərimov yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.

Qənirə Paşayeva isə bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atıldığını və bu bəla ölkəmizin başı üzərindən sovuşana qədər davamlı olacağını bildirib. O deyib ki, məhz bu ağır günlərdə insanlarımıza kömək etmək vacibdir və cənab Prezidentin “Biz birlikdə güclüyük!”-- çağırışına qoşulmaq lazımdır.  O, həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Məhayət Nəbiyevə və ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, deputat Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, və əlili, şəhid ailələri, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı iş yerləri fəaliyyətini müvəqqəti dayandıran və bu üzdən maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq göndərmişdi. Bu dəstəklərin həyata keçirilməsində bir sıra tovuzlu iş adamları və ziyalılar da Q.Paşayevanın çağırışına səs verərək, deputatla bərabər bu yardım kampaniyasında fəal iştirak ediblər.

Q.Paşayeva onlara xüsusi təşəkkürünü bildirərək, “inanıram ki, imkanı və əmək haqqı yüksək olan insanlar dünyada geniş yayılan və insanlarımız arasında da getdikcə yoluxma hallarının artdığı koronavirus pandemiyası ilə fəal mübarizə günlərində imkansız ailələrə daha çox dəstək olacaqlar”, -- deyib.

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti"

9 2020 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə