Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb

Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə də stimul verməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Baş Nazir qeyd edib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edib. Ötən il Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Baş Nazir deyib: “Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib”.

9 2020 11:51 -

Köhnə versiyamızdan xəbərləri izlə