Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə kürləvi dezinfeksiya tədbirləri intensivləşdirilib

Tərtər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks profilaktik tədbirlər davam etdirilir.

Tərtər Rayon İcra Hakimiyyətindən aldığımız operativ məlumatda bildirilir ki, rayonda epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq, təxirəsalınmaz işlər görülür. İnfeksiyanın qarşısını alnması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Profilaktik tədbirlərin xüsusi karantin rejimi dövrü bitənədək keyfiyyətlə aparılması Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır.

Rayon ərazisində küçə və prospektlər, eləcədə kənd yolları, çoxmənzilli binaların girəcəkləri, pilləkən qəfəsləri və ətraf sahələr gündəlik olaraq təmizlənərək, dezinfeksiyaedici məhlullarla yuyulur. Bundan əlavə, sərnişindaşıma xidməti göstərən bütün avtonəqliyyat vasitələri, ticarət və xidmət obyektləri, ödəniş terminalları, bankomatlar xüsusi dezinfeksiya məhlulları ilə mütəmadi təmizlənir.

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 16:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə