Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötüb

Rusiyada koronavirusla mübarizə üzrə operativ qərargahın açıqlamasına görə, son bir gündə 1 175 nəfərə yoluxma  diaqnozu qoyulub, 5 nəfər virusun qurbanı olub.

Məlumata görə, bununla da yoluxanların sayı 8 min 672 nəfərə, ölənlərin sayı 63-ə, sağalanların sayı isə 580 nəfərə çatıb. Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 434 min nəfəri ötüb. Bunların 302 min 453 nəfəri sağalıb, 82 min 143 nəfəri isə ölüb.

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 İyun 2020 | 10:44
Bryus Li haqda yeni film

Köhnə versiyamızdan xəbərləri izlə