Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİFA-nın yeni qərarı necə olacaq?

FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.

Sportline.az  “The Athletic” nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu hazırkı mövsümü qeyri-müəyyən müddətə uzadacaq. Milli liqaların bitmə vaxtının isə müstəqil şəkildə müəyyənləşdirilməsinə imkan veriləcək.

Yay transfer dönəminin vaxtı da dəyişdiriləcək və klublar qalan matçları başa çatdırmaq üçün bu il iyunun 30-dək olan müqavilələri yeniləyə biləcəklər.

Hazırda koronavirus pandemiyası səbəbindən dünyada, demək olar ki, bütün yerli çempionatlar dayandırılıb. Avropada isə matçların baş tutduğu yeganə ölkə Belarusdur.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

7 2020 12:40 - İDMAN
İDMAN
2 İyun 2020 | 10:52
"Qəbələ" avrokuboklarda
1 İyun 2020 | 10:50
Lionel Messi təəssüfləndi
1 İyun 2020 | 01:01
Ən yaxşı müdafiəçi
31 May 2020 | 12:30
Ronaldo Messini keçdi

Köhnə versiyamızdan xəbərləri izlə