Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan şahmatçıları Ermənistan komandasını məğlub etdilər

Azərbaycanın kişilərdən ibarət komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında startdan başladığı qələbələr seriyasını dördüncü turda İngiltərə yığmasına qarşı matçda davam etdirmişdir.
Qrossmeystrlərimiz rəqibə, demək olar, heç bir ümid yeri qoymamışlar. Şəhriyar Məmmədyarov birinci taxtada ingilislərin lideri Maykl Adams üzərində qələbə qazanmış, Teymur Rəcəbov Lük Makşeynə, Rauf Məmmədov Geveyn Consa qalib gəlmişlər, Arkadi Naydiç isə üçüncü taxtada Devid Hauell ilə heç-heçəyə razılaşmışdır. 
Dörd turdan sonra turnir cədvəlinin ilk doqquz pilləsində olan Azərbaycan, Polşa, Çin, Fransa, İsrail, ABŞ, Ermənistan, Çexiya və Ukrayna komandalarının hərəyə 8 xalı var. Əlavə göstıricilərə görə cədvələ Azərbaycan başçılıq edir.
Qadınlardan ibarət komandamız isə ardıcıl üç matçda qələbədən sonra dördüncü turda ABŞ yığmasına uduzmuşdur – 1:5: 2:5 (Xanım Balacayeva qalib gəlmiş, Gülnar Məmmədova heç-heçə oynamış, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova məğlub olmuşlar).
Olimpiadada ilk uğursuzluqdan sonra Azərbaycan komandası 6 xalla 13-cü yerdədir. Lider mövqeyində olan Çinin isə 8 xalı var.
Dünən keçirilən beşinci turda Azərbaycanın kişilərdən ibarət komandası Ermənistan yığmasına qalib gəlmişdir 
(2,5-1,5). Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyanı, Teymur Rəcəbov isə ağ fiqurlarla Qabriel Sarqisyanı məğlub etmişlər. 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

28 2018 22:44 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə