Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada son sutka ərzində koronavirusa 82 mindən çox insan yoluxub

Aprelin 5-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 133 758 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 82 061 nəfər yeni koronavirusa yoluxub, 5 798 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 133 758 nəfərə, ölənlərin isə 62 784 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 621 407 yoluxma və 46 416 ölüm halı. Avropa regionunda sutka ərzində 38 266 yoluxma halı, 4 082 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 5-nə olan məlumatlara əsasən, 315 714 yoluxma halı və 8 187 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 111 396 yoluxma və 3 838 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halalrı ABŞ-da (273 808), İtaliyada (124 632), İspaniyada (124 736), Çində (82 930) və Almaniyada (91 714) qeydə alınıb.

6 2020 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə