Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş iki şəxs vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının şəkərli diabet xəstəsi, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri, həmçinin ünsiyyətdə olduqları digər şəxslər müəyyən edilir və karantinə götürülür.

5 2020 21:51 -

Köhnə versiyamızdan xəbərləri izlə