Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günədək 232 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Hacıqabul stansiyasında 2 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə