Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: “Səbr edin, tezliklə…”

Ədalət və İnkişaf Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə telekonfrans keçirib.

Тoplantıda Səhiyyə naziri Fahrettin Koca, Təhsil naziri Ziya Selçuk, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu da iştirak edib.

Ərdoğan korona ilə mücadilədə işə düşəcək yol xəritəsini izah edərək “Bu günə qədər çox çətinliklərin öhdəsindən gəldik. Onlar hazırkı durumdan elə də asan deyildi. Vətəndaşlarımız səbr etsin, bunun da öhdəsindən gələcəyik. Zonquldağda ağciyər xəstələrinin çox olduğunu öyrəndim. Orada mədənlərin fəaliyyətlərini dayandırması barədə göstəriş verdim. Türkiyə Kömür Müəssisələri Təşkilatının fəaliyyətini dayandırdığını eşitdim. Özəl qurumlar da eyni addımı atsın. Gedişatı yaxından izləyin.

Ən vacib məsələ virusun yayılmasını yavaşlatmaqdır. Türkiyə xəstəliklə bağlı Avropadan daha yaxşı vəziyyətdədir. Çox yeni xəstəliklə üz-üzəyik. Diqqətli olmağımızda fayda var. Problemi millətimizin və dövlətimizin gücü ilə aradan qaldıracağıq. Allahın izni ilə bunu da geridə qoyacağıq”, – Türkiyə prezidenti qeyd edib. 

 

Paşa ƏMİRCANOV,
“Xalq qızeti”

5 2020 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə