Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalanda onlayn Yoqa məşğələləri keçirilir

Naftalan şəhərində əhalinin maarifləndirilməsi və əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə müxtəlif maarifləndirici  sosial video-çarxlar hazırlanır və tədbirlər görülür.

Naftalan Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, əsas məqsəd  isə əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir.

Fiziki sağlamlığın möhkəmləndirilməsi, immunitet sisteminin gücləndirilməsi və bədəninin bütün orqanlarına faydalı təsir göstərilməsi istiqamətində yoqa məşq hərəkətləri təşkil ediləcəkdir.  Yoqanın insan psixikasına müsbət təsiri hələ əsrlər əvvəl aşkar edilmişdir.Yoqa ilə məşqə yaş məhdudiyyəti qoyulmur.

Onlayn dərslər  həftənin II, IV və VI  günləri saat 09-00 və 19-00-da  keçiriləcək.(Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet saytında, facebook və instagram səhifələrində ,youtube kanalında, Gəncə TV-də, Azxəbər İnformasiya Agentliyinin resuslarında  izləyə bilərsiz.)

Layihənin əsas məqsədi vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir.

Evdə qal çağırışına əməl etməklə karantin şəraitində evdə qalan əhalini fürsətdən istifadə etməyə və idmanla məşğul olmağa çağırırıq.

Sosial layihə  Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

5 2020 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə