Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 63 yeni yoluxma

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Turkustan.info Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Paşa ƏMİRCANOV,
“Xalq qızeti”

 

5 2020 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə