Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Zaqatalada təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə aprelin 5-dən etibarən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə, xəstə və ahıl insanlara rayonda fəaliyyət göstərən “Çörək və qənnadı məmulatları” müəssisəsində istehsal olunan çörək məmulatlarının pulsuz paylanılmasına başlanılıb. Sosial aksiya növbəti günlərdə də davam etdiriləcək.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Aprelin 5-də Zaqatala şəhərinin küçə və səkilərində, yaşayış məhəllələrində, park və meydanlarda, satış mərkəzlərində növbəti dəfə təmizlik və dezinfeksiya işləri aparılıb.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

5 2020 16:45 -

Köhnə versiyamızdan xəbərləri izlə