Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minskdə “Bakı bulvarı”

Minskdə “Bakı bulvarı”

Belarusun paytaxtı Minsk şəhərinin mərkəzində -- şəhər şurasının qarşısında artıq üçüncü ildir ki, Azərbaycan İcmaları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə "Bakı bulvarı" adlı Azərbaycan Mədəniyyəti Günü keçirilir.

Mədəniyyət Nazirliyindən  bildirmişlər ki,  Azərbaycan milli mədəniyyətini, mətbəxini, adət və ənənələrini özündə əks etdirən günün təşkilinə Minsk Şəhər İcraiyyə Komitəsi də dəstək göstərib.

Tədbirin çoxsaylı iştirakçıları arasında müxtəlif yerli dövlət nümayəndələri, şəhər meriyasının üzvləri, eyni zamanda,  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri,  jurnalistlər və başqaları olublar.

Mədəniyyət  gününün açılışında çıxış edən  Diasporla iş üzrə Dövlət  Komitəsinin  təmsilçisi E.Soltanov iki xalq arasında dostluq əlaqələrinin inkişafında belə tədbirlərin əhəmiyyətini və diasporun xidmətlərini vurğulayıb.

Festivalda Azərbaycan milli mahnı və rəqsləri tamaşaçılara təqdim olunub, milli adətlərimizdən olan xınayaxdı mərasimi səhnələşdirilib, nərd oyunu və digər istirahət  tədbirləri  təşkil olunub. Qonaqlara Azərbaycanın milli şirniyyatları ilə çay içmək və mətbəximizin təamlarından dadmaq imkanı da yaradılıb.

Tədbirdə, həmçinin  aşpazların ustad dərsləri, milli xalçalarımızın və Azərbaycanın görməli yerlərinin, tarixi abidələrinin fotosərgisi təşkil olunub. Eyni zamanda, balacalar üçün heyvanlarla təmasda ola biləcəklər zoopark və digər əyləncələr iştirakçıların ixtiyarına verilib.

Mədəniyyət   günü  çərçivəsndə təşkil olunan müsabiqələrin qaliblərinə isə müxtəlif mükafatlar, o cümlədən Azərbaycana səyahət paketi təqdim olunub.

Konsert proqramında Azərbaycan və Belarus müğənniləri, o cümlədən Günəş Abbasova, Azərbaycanın Xalq artistləri Lalə Məmmədova, Cahangir Qurbanov, Samir Cəfərov, "Sarı gəlin" rəqs ansamblı və digər qonaqlar iştirak ediblər.

Tədbir yerli mediada geniş işıqlandırılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti”

28 2018 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə