Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun ürəyə təsiri

Türkiyəli professor COVİD--19-la bağlı danışarkən bildirib ki, koronavirus təkcə ağciyərləri zədələyib məhv etmir, insanın digər vacib orqanlarına da təsir edərək, onun işini pozur.  Professor bildirib ki, koronavirus bədənə daxil olduğu zaman özünü çoxaltmaq üçün hüceyrələrin içinə girməsinə ehtiyac duyur. Əks halda, yaşaya bilməyib yox olur. Virus hüceyrəyə daxil olmaq üçün hüceyrə səthində bir “qapı” tapmalıdır. Bu qapı da ACE2-dir (anqiotensin çevirici ferment-2).  Bu ferment hansı hüceyrədə varsa, o xəstələnə bilər. Hüceyrənin xas olduğu orqanlar isə ağciyər, ürək, damar və bağırsaqlardır. Buna görə də koronavirus ağciyəri zədələdiyi kimi ürəyə də təsir edə bilər.

Professor Ağgülün sözlərinə görə, hazırda mediada ağciyər gündəmdədirsə, gələcəkdə ürək əzələlərinin iltihablanması da eyni cür səs-küy yaradacaq: “COVİD--19 xəstələrinin bir çoxunda ürək əzələsinin zədələnməsini göstərən “Troponin” fermenti var. Ürək əzələsinin virusdan zərər görməsinə miokardiya deyilir və müalicə olunmasa, ürək çatışmazlığına səbəb olur. Yəni xəstəxanaya COVİD--19 diaqnozu ilə yatanlar hazırda ağciyər tomoqrafiyasında yaxşılaşma olduğu halda evə buraxılır, amma ürəkdəki problemə baxılmır”.

Çox güman ki, bu məsələyə diqqət yetirilməsə, gələcəkdə ürəkdə fəsadların yaranmasına səbəb ola bilər.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

5 2020 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə