Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Gənclər Evinin könüllüləri #EvdəQal çağırışı ediblər

Bu günlər bütün dünya koronavirusla mübarizəyə qalxıb. Bu işdə sağlamlığı qorumaqla bərabər azimkanlı ailələrin vəziyyətini də düşünənlər çoxdur. Dövlətimiz təbii ki, bu qayğını, diqqəti əsirgəmir. Muzdla çalışanlara yardım məqsədi ilə elə bu günlərdə dövlət başçısı tərəfindən 215 milyon manat ayrılıb. Bu işdə yardımlaşmaq istəyən vətəndaşlarımızın da sayı gündən-günə artır. Xalqımız qədirbilən və yardımsevərdir. Bu yardımsevərlərdən biri də Milli Məclisin Mədəniyyət komitəsinn sədri Qənirə Paşayevadır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərdən biri kimi, hər kəsi bu kampaniyaya dəvət etmişdi.

Qənirə Paşayeva ötən həftə Tovuzda, deputat seçildiyi dairənin seçiciləri olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və əhalinn azimkanlı təbəqəsini tibbi vasitələr və ərzaq bağlamaları ilə təmin etmişdi. Artıq bir neçə gündür ki, deputatın rəhbərlık etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) və Tovuz Gənclər Evinin təşkilatçılığı ilə Gənclər Evinin könüllülərdən ibarət qrup üzvləri yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri və hemodializ xəstələrini ziyarət edir, onlara dezinfeksiyaedici və müxtəlif virusdan qoruyucu tibbi vasitələrdən ibarət yardımla köməklik göstərirlər.

Tovuz rayonu sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra zəruri ehtiyac olanda çıxırlar. Bu Barədə Qənirə Paşayaeva Facebook səhifəsində paylaşım edib. O bidirir ki, aprelin 4-də də könüllülərdən ibarət mobil qrup üzvləri gün ərzində ərazidə gəzərək vətəndaşlara bir daha xüsusi karantin rejimi haqqında məlumatlar verib, sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli bukletləri rayonun ictimai yerlərində, o cümlədən dayanacaqlarda, mağaza və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə sakinlərə paylayıblar. Könüllülər sakinlərə müraciət edərək, #EvdəQal çağırışına qoşulmalarını, özlərini, ailələrini və digər vətəndaşlarımızı qorumağa çağırış ediblər.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

5 2020 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə