Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçayda tənha ahıl sakinlərə zəruri ərzaq məhsulları paylanıb

Göyçay rayonunda Koronavirus (COVID-19) təhlükəsi ilə bağlı xüsusi karantin rejimi şəraitində tibbi-profilaktik, dezinfeksiya işləri, əhalinin maarifləndirilməsi, tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar ardıcıl tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən bildirilib ki, aprelin 4-də rayon mərkəzi ilə yanaşı, Çərəkə, Şəhadət, Qarabaqqal, Ləkçılpaq və Qaraməryəm yaşayış məntəqələrinin inzibati binalarında, əhalinin daha çox hərəkətdə olduğu küçələrdə dezinfeksiya işləri aparılıb, habelə tənha ahıl sakinlər zəruri ərzaq məhsulları və tibbi preparatlarla təmin olunublar.

Məlumatda o da bildirilib ki, mobil qruplar əhalinin daha çox hərəkətdə olduğu küçələrdə, sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparıb, karantin şəraitində mövcud qaydalara riayət etmələrinin zəruriliyin izah olunub. Habelə karantin şərtlərini pozanlar cərimələniblər.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

5 2020 15:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə