Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Asiya İnkişaf Bankı: 2021-ci ildə Azərbaycanda iqtisadi artım 1,5 faizədək yüksələcək

Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında deyilir ki, iqtisadi şaxələndirmə imkanlarının tam qərarlaşmadığı bir vəziyyətdə Azərbaycanın inkişaf perspektivlərinin yaxın dövrdə neft qiymətlərinə bağlılığı davam edəcək. COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə iqtisadi artım tempinin 0,5 faizədək enməsinə səbəb olacaq.

Məlumata görə, qiymətlərin bərpası ilə neft-qaz hasilatının yüksəlişi hesabına 2021-ci ildə iqtisadi artımın 1,5 faizədək yüksələcəyi proqnozlaşdırılır. Sənayedə bu il 0,5 faiz, 2021-ci ildə isə 2 faiz səviyyəsində artımın karbohidrogen sənayesinin göstəricilərinin güclənməsindən, xüsusilə də təbii qazın Türkiyədən İtaliyaya nəqli üçün TAP kəmərinin 2020-ci ildə tamamlanması ilə “Şahdəniz-2” qaz yatağının hasilat həcminin artımından qaynaqlanacağı gözlənilir. Kənd təsərrüfatında artım tempinin 2020-ci ildə 4,5 faizədək, 2021-ci ildə isə 4 faizədək azalacağı nəzərdə tutulur. Eyni zamanda, gübrə və toxum idxalının subsidiyalaşdırılmasının davam etdirilməsinin iqtisadi səmərəliliyi daha yüksək olan taxıl növlərinin istehsalını dəstəkləyəcəyi ehtimal olunur. COVID-19 pandemiyasının turizm və pərakəndə ticarət sahələrinə təsirli zərbə vurması zəminində 2020-ci ildə xidmətlər sahəsində artım tempinin zəif olacağı, 2021-ci ildə iqtisadi vəziyyətin yaxşılaşması şəraitində bu sektorlarda artım tempinin 1 faizə çatacağı gözlənilir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

5 2020 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə